• Bakı 14° C

    1.33 m/s

Beynəlxalq təşkilatlara inam ciddi şəkildə sarsılıb - Millət vəkili 

SİYASƏT

27 Oktyabr 2026 | 17:00 | Müəllif: Əli Hüseynov

Beynəlxalq təşkilatlara inam ciddi şəkildə sarsılıb - Millət vəkili

"Azərbaycan 30 il ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını gözlədi. Lakin bu müddətdə problemin həlli istiqamətində real addımlar atılmadı. Nəticədə Azərbaycan öz torpaqlarını hərbi-siyasi iradəsi hesabına azad etdi. Bu proses beynəlxalq təşkilatların qərarlarının icra mexanizmləri və dünyada ikili standartların mövcudluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib".

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu beynəlxalq təşkilatların fəaliyyətini və onların qəbul etdiyi qərarların icra olunmamasının doğurduğu nəticələri Bakıvaxtı.az-a şərh edərkən bildirib.   

Deputat bildirib ki, Azərbaycan 30 il ərzində ikili standartlarla, qərəzli yanaşma və ədalətsiz mövqe ilə üzləşib:

"Bu vəziyyət təkcə Azərbaycanın deyil, digər dövlətlərin də beynəlxalq təşkilatlara münasibətinə təsir göstərir. Azərbaycan 30 il beynəlxalq qərarların icrasını gözlədi, amma nəticə olmadı. Nəticədə Azərbaycan özü torpaqlarını azad etdi”.

O qeyd edib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra edilməməsi həmin qurumlara olan etimadı ciddi şəkildə sarsıdır və dövlətlər arasında narazılıq yaradır.

Deputat hesab edir ki, beynəlxalq təşkilatların nüfuzunun qorunması üçün qərarların yalnız qəbul edilməsi deyil, onların icrasının da təmin olunması xüsusi diqqətdə saxlanılmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib ki, ikili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR