“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bakıvaxtı.az bu barədə kluba istinadla xəbər verir.
Məlumata görə, Gəncə təmsilçisinə türkiyəli mütəxəssis Murad Dikmen rəhbərlik edəcək.
Təcrübəli məşqçi Azərbaycan basketboluna tanış simadır. O, "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanıb.
















