• Bakı 15° C

    3 m/s

Xınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLAR

CƏMİYYƏT

26 Oktyabr 2026 | 22:22 | Müəllif: Subhan Mahmudov

Xınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLAR

Oktyabrın 26-da Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var.

Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.

Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.

Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.

Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.


Xınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLARXınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLARXınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLARXınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLARXınıslı körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR