• Bakı 15° C

    3 m/s

Putinin görüşəcəyi liderlər arasında onlar var

DÜNYA

26 Oktyabr 2026 | 20:26 | Müəllif: Subhan Mahmudov

Putinin görüşəcəyi liderlər arasında onlar var

Rusiya prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində iranlı həmkarı Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüşəcək.

Bakıvaxtıaz "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Zirvə toplantısından sonra Vladimir Putin bir sıra liderlərlə görüşəcək. Xüsusilə, beş görüş, beş əlaqə planlaşdırılır: İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianla və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüş olacaq", - deyə Uşakov söyləyib.

Uşakov əlavə edib ki, Putinin həmçinin Mozambik Respublikasının prezidenti Daniel Çapu, Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema Mbasogo və Liviya Prezident Şurasının sədri Məhəmməd Menfi ilə görüşləri planlaşdırılır.

GECF sammiti 27 oktyabrda Moskvada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR