Hizbullah son üç ay ərzində İsraillə hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı hazırlıq aparıb.
Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın fəaliyyətindən məlumatlı Livan təhlükəsizlik mənbələri bildiriblər.
Mənbələrin iddiasına görə, Hizbullah hərbi potensialını gücləndirmək üçün İrandan on milyonlarla dollar alıb.
Bu vəsait oktyabrın əvvəlində haqqında məlumat yayılan, müharibə nəticəsində evlərini tərk etmiş livanlı ailələrə yardım üçün ayrıldığı bildirilən təxminən 200 milyon dollardan ayrıdır.
















