• Bakı 15° C

    1.83 m/s

Nail Kəmərlinin məşhurlaşdırdığı həmin qızlar oğurluq etdilər

CƏMİYYƏT

26 Oktyabr 2026 | 16:10 | Müəllif: Əli Hüseynov

Nail Kəmərlinin məşhurlaşdırdığı həmin qızlar oğurluq etdilər

Son vaxtlar bloger Nail Kəmərlinin məşhurlaşdırdığı qaraçı qızlar Biləcəri qəsəbəsi, Yəhya Hüseyn küçəsində yerləşən “Al Market”dən 120 manatlıq oğurluq ediblər.

Bakıvaxtı.az gununsesi.info-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.

Qeyd edək ki, həmin qızlar ötən il də oğurluq hadisəsi ilə bağlı həbs ediliblər. Belə ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan şəxs ona məxsus mağazadan pul oğurlanması ilə bağlı polisə müraciət edib.

Son hadisədən sonra bəzi sosial şəbəkə istifadəçiləri qızları cəmiyyətə tanıdan bloger Nail Kəmərlini tənqid ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR