• Bakı 16° C

    1.48 m/s

Süni intellekt hüquqi işlərdə nə dərəcədə etibarlıdır?

CƏMİYYƏT

27 Oktyabr 2026 | 13:15 | Müəllif: Qalib İbrahimoğlu

Süni intellekt hüquqi işlərdə nə dərəcədə etibarlıdır?

“Süni intellekt modellərinin dili başa düşdüyünü deməsi kifayət deyil, onların arxa planda necə işlədiyini də nəzərə almaq lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi Ülfan Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt sistemlərində nitqin mətnə çevrilməsi və məzmunun emalı bir neçə mərhələdən ibarətdir. Bu proseslər nəticəsində istifadəçilər müvafiq məlumatları və yaradılan məzmunu görə bilirlər.

Ü.Əliyev bildirib ki, süni intellektin hüquq sahəsində tətbiqi məhkəmələr üçün də faydalı ola bilər. Hüquqi işlərin və məhkəmə materiallarının çoxluğu belə texnologiyaların proseslərə dəstək verməsini əhəmiyyətli edir.

O, həmçinin vurğulayıb ki, süni intellektin dili anladığını bildirməsi onun həmin dildə bütün məqamları düzgün emal etməsi demək deyil. Xüsusilə müxtəlif dil modellərinin iş prinsipləri və tərcümə zamanı yarana biləcək fərqlər nəzərə alınmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR