Qazaxda evdə partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərin birinin hamam otağında baş verib. Hadisə nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Partlayışın M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















