Goranboyda qadın bədbəxt hadisənin qurbanı olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qarapirimli kəndində baş verib. Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşaraq, onun ölümünə səbəb olub.
“Xəttin biri qırılmışdı. Montyor gətirdim, çıxıb xətti bağlayanda dirək yoldaşımın üsütnə düşdü. Maşınımla xəstəxanaya apardım dedilər artıq gecdir, rəhmətə gedib. 7-ci sinifdə oxuyan 1 övladımız var”, – deyə mərhumun həyat yoldaşı bildirib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
















