Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu açıqlayıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bu barədə İrəvanda Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun baş direktoru Gert Yan Kupmanla görüşü zamanı deyib.
Paşinyan bildirib ki, Ermənistan hökuməti nəqliyyat, enerji və rəqəmsallaşdırma sahələrində əlaqələrin dərinləşdirilməsində, eləcə də iqtisadi şaxələndirmədə və onun dayanıqlığının gücləndirilməsində maraqlıdır. Baş nazir Aİ-nin Ermənistan ixracının stimullaşdırılmasına dəstəyinin və Ermənistan istehsalçıları üçün texniki imkanların inkişafı proqramlarının vacibliyini vurğulayıb.
Kupman isə qeyd edib ki, Aİ Ermənistan hökumətinin islahat gündəliyini alqışlayır və bu prosesi dəstəkləməyə, Ermənistanın davamlı inkişafına töhfə verən bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır.
Gülşən Şərif
















