Avroviziya təmsilçimiz Samira Efendi xarici görünüşü ilə bağlı edilən tənqidlərə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi instaqramda “story” paylaşaraq bunları yazıb:
“Məni həqiqətən sevənlər göbəkli-göbəksiz sevir. Bəli, mənim sağlamlıq problemlərim var. Və ildə 4-5 dəfə mənim vücudum sözümə baxmır. Amma bu, heç kəsə nə lağ, nə qarğış etməyə, nə də ki, artıq-əskik danışmağa haqq qazandırır. Ağıllı olun! Bu cür şeylər məni işimdən soyutmaz. Vaxtınızı boşa sərf etməyin”.
















