• Bakı 16° C

    1.48 m/s

“Fənərbağça” “Qalatasaray”a qarşı

İDMAN

26 Oktyabr 2026 | 10:10 | Müəllif: Əli Hüseynov

“Fənərbağça” “Qalatasaray”a qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olacaq.

Prinsipial qarşılaşmada “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gələcəklər. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Atilla Karaoğlan idarə edəcək.

Turnir cədvəlində “Qalatasaray” 19 xalla 2-ci, “Fənərbağça” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçlarında “Beşiktaş” “başakşəhər”i, “Rizəspor” isə “Trabzonspor”u qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR