• Bakı 15° C

    2.38 m/s

"Mühəribədə bütün etnik qrupların və dinlərin nümayəndələri dəmir yumruq kimi birləşdilər" - Prezident

SİYASƏT

27 Oktyabr 2026 | 10:24 | Müəllif: Qalib İbrahimoğlu

"Mühəribədə bütün etnik qrupların və dinlərin nümayəndələri dəmir yumruq kimi birləşdilər" - Prezident

Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026