• Bakı 14° C

    1.83 m/s

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

DÜNYA

27 Oktyabr 2026 | 19:44 | Müəllif: Əli Hüseynov

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya XİN rəhbəri Dan Nekulesku "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, mövcud sübutlar hibrid hücuma görə Rusiyanın məsuliyyət daşıdığını təsdiqləyir.

"Biz həmçinin Rusiyanın Qara dənizdəki ticarət gəmilərinə sistematik zərbələrini - beynəlxalq hüququ, gəmiçilik azadlığını pozan və qlobal nəticələrə malik qəsdən törədilmiş eskalasiyanı qınadıq", - nazir əlavə edib.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, sentyabrın 14-də Braşov şəhərindəki Carfil sənaye ərazisində baş verən yanğın ehtimal olunan təxribatla əlaqəli olub. İstintaq hesab edir ki, hadisədə Rusiyadan yönləndirilən şəbəkə çərçivəsində fəaliyyət göstərən şəxslərin əli var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR