• Bakı 14° C

    1.33 m/s

Hörmüz boğazında minaya düşən tanker alovlanıb

DÜNYA

27 Oktyabr 2026 | 17:47 | Müəllif: Subhan Mahmudov

Hörmüz boğazında minaya düşən tanker alovlanıb

Hörmüz boğazından keçən tanker onun şərq hissəsində minaya düşərək alovlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

"Bir neçə saat əvvəl avtomatik eyniləşdirmə sistemini söndürən neft tankeri Hörmüz boğazından qanunsuz şərq marşrutu ilə keçməyə cəhd edib. Gəmi minaya düşüb, nəticədə onun göyərtəsində yanğın baş verib", - məlumatda deyilir.

Hələlik digər mənbələr bu məlumatı təsdiqləməyib.

SEPAH-da bir daha vurğulayıblar ki, Tehran İranın razılıq vermədiyi marşrutlarla gəmilərin keçidini qanunsuz hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR