• Bakı 15° C

    1.79 m/s

Millimiz UEFA İnkişaf Turnirini qələbə ilə başa vurub

İDMAN

27 Oktyabr 2026 | 11:55 | Müəllif: Günəş Mərd

Millimiz UEFA İnkişaf Turnirini qələbə ilə başa vurub

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.

Xatırladaq ki, Azərbaycanın U-15 millisi turnirdəki ilk matçında Latviyaya 0:3, ikinci görüşündə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026