• Bakı 15° C

    1.83 m/s

"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəlib

CƏMİYYƏT

27 Oktyabr 2026 | 22:06 | Müəllif: Əli Hüseynov

"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəlib

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 87:80 hesablı qələbə qazanıb.

Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.

Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR