• Bakı 16° C

    0.9 m/s

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

İQTİSADİYYAT

27 Oktyabr 2026 | 10:45 | Müəllif: Subhan Mahmudov

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarı ictimaiyyətə təqdim ediləcək.

Mərkəzi Bankın əvvəlki qərarı ilə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində sabit saxlanılıb, aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib.

AMB əvvəlki qərarında bildirmişdi ki, ilin qalan dövründə faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarındakı proseslər və bank sektorunda likvidlik nəzərə alınmaqla qəbul ediləcək. Qlobal qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata təsiri nəzərə alınaraq makroiqtisadi proqnozların bir neçə ssenari əsasında qiymətləndirilməsi davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026