• Bakı 16° C

    3.68 m/s

Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq

CƏMİYYƏT

27 Oktyabr 2026 | 00:11 | Müəllif: Subhan Mahmudov

Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələri, Azərbaycan prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026