• Bakı 15° C

    1.83 m/s

"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO

DÜNYA

26 Oktyabr 2026 | 16:04 | Müəllif: Əli Hüseynov

"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO

Malayziyanın Cohor-Baru şəhərində “Chery Omoda 5” markalı avtomobilin arxa asqı sistemi və təkərlərinin kuzadan ayrılması ciddi narahatlığa səbəb olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra “Chery” şirkətinin İdarə Heyətinin sədri Yin Tongyue Dünya Ağıllı və Əlaqəli Nəqliyyat Vasitələri Konfransında ictimaiyyətdən və Malayziya rəsmilərindən rəsmi olaraq üzr istəyib.
 
Hadisədən sonra Malayziyanın Yol Nəqliyyatı Departamenti (JPJ) operativ tədbirlər görərək istehsalçıya qarşı hüquqi prosedurlara başlayıb. Potensial təhlükəsizlik risklərini qiymətləndirən qurum “Omoda 5” modelinin nəqliyyat vasitəsi tipinin təsdiqini dayandırıb və ölkədə bu model üzrə yeni avtomobillərin qeydiyyatını müvəqqəti olaraq qadağan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR