• Bakı 15° C

    2.72 m/s

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR

SİYASƏT

26 Oktyabr 2026 | 18:41 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.


İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLARİlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLARİlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLARİlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLARİlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR