"Gəncləri dünyanın hər yerindən Bakıya gətiririk".
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini bildirib ki, bu il Forumun proqramına ilk dəfə gənclər dialoqu əlavə olunub. Onun sözlərinə görə, bütün beynəlxalq tərəfdaşların gənclərlə bağlı tədbirləri var və bu il dünyanın hər yerindən gənclər Bakıya gətirilir.
F.Cəfərov qeyd edib ki, 3 gün əvvəl Qubada BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə düşərgə start götürüb. Eyni zamanda Forumun rəsmi proqramında demək olar ki, bütün tərəfdaşların - Sivilizasiyalar Alyansı, ICESCO, UNESCO və Ümumdünya Turizm Təşkilatının gənclər panelləri yer alıb.
O vurğulayıb ki, gələcəkdə bu proqramlar arasında körpülər qurularaq daha da genişləndiriləcək ki, dünyanın müxtəlif regionlarından olan gənclər bu təşəbbüslərə cəlb olunsun.
Zeynəb Rzayeva
















