Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində qiymət azalması qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,68% ucuzlaşaraq 79 437,38 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 3,59%, son 30 gündə isə 5,36% azalıb. “Bitcoin”in bazar kapitallaşması 1,60 trln. dollardan aşağı düşüb.
“Ethereum” 2,53% ucuzlaşaraq 2 300,21 dollara, BNB 1,06% azalaraq 735,75 dollara düşüb. “Zcash” 2,43% dəyər itirərək 1 181,69 dollara, “Monero” isə 3,75% geriləyərək 589,63 dollara enib.
“Bittensor” 1,67% ucuzlaşaraq 248,04 dollara, “Solana” 2,23% azalaraq 100,04 dollara düşüb. Bununla yanaşı, “Quant” 4,51% bahalaşaraq 190,53 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda isə müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,44% bahalaşaraq 4 016,89 dollara, “Tether Gold” (XAUT) isə 0,40% artaraq 4 006,98 dollara çatıb.
















