• Bakı 16° C

    1.48 m/s

Tramp Norveçi tənqid edib - Nobel mükafatına görə

DÜNYA

26 Oktyabr 2026 | 10:06 | Müəllif: Gülşən Şərif

Tramp Norveçi tənqid edib - Nobel mükafatına görə

 ABŞ prezidenti Donald Tramp oktyabrın 24-də Nobel Sülh Mükafatının ona deyil, başqasına verilməsindən sonra Norveçi sərt tənqid edib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, Nobel Komitəsinin mükafatı BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Navi Pillaya vermək qərarından narazı qalıb.

Trampın sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə səkkiz mükafat almalı idi. O, komitənin qərarını Norveç üçün "yuyulmaz" ləkə adlandırıb.

Tramp Miçiqanda keçirilən seçki kampaniyası zamanı deyib: "Düzünü desəm, Norveç zibildir. Norveç əslində tualet ölkəsinə çevrilib".

ABŞ prezidenti  Norveçi ona Nobel Sülh Mükafatını vermədiyinə görə bağışlamayacağını bildirib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR