• Bakı 15° C

    1.79 m/s

Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ KRİTİKDİR

CƏMİYYƏT

27 Oktyabr 2026 | 10:22 | Müəllif: Günəş Mərd

Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ KRİTİKDİR

Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti açıqlanıb. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti kritik ağır qiymətləndirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti oktabrın 14-də yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb. Məlumat üçün bildirək ki, ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR