• Bakı 15° C

    2.5 m/s

19 ölkənin mediası Bakıdakı Forumu işıqlandıracaq

MƏDƏNİYYƏT

26 Oktyabr 2026 | 12:11 | Müəllif: Günəş Mərd

19 ölkənin mediası Bakıdakı Forumu işıqlandıracaq

"Bu tədbiri 19 ölkədən gələn media nümayəndələri işıqlandıracaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O tədbirə qoşulan hər kəsə, xüsusilə dost ölkələrdən gələn qonaqlara təşəkkür edib. 

Nazir müavininin sözlərinə görə, qarşıdakı günlərdə forum çərçivəsində baş verən bütün proseslər həmin jurnalistlər tərəfindən işıqlandırılacaq.

F.Cəfərov "Bakı Prosesi" və forumların tarixinə də toxunub.

O qeyd edib ki, "Bakı Prosesi"nin əsası 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub və əsas məqsəd Şərq və Qərb ölkələrinin mədəniyyət nazirlərini Bakıda bir araya gətirmək olub. Onun sözlərinə görə, bu təşəbbüsdən sonra 2010-cu ildə dövlət başçısı BMT Baş Assambleyasında Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi edəcəyini elan edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026