• Bakı 15° C

    1.83 m/s

HHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıb

SİYASƏT

26 Oktyabr 2026 | 14:40 | Müəllif: Əli Hüseynov

HHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib.

Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib.

Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib.

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlimin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifikatlaşdırılmasıdır.


HHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıbHHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıbHHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıbHHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıbHHQ-də NATO qiymətləndirilməsi təlimi başlayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR