• Bakı 15° C

    2.5 m/s

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum ediblər

DÜNYA, CƏMİYYƏT

26 Oktyabr 2026 | 09:26 | Müəllif: Günəş Mərd

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum ediblər

Yəməndə fəaliyyət göstərən husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Husilərin hərbi sözçüsü Yəhya Sariya bildirib ki, ölkənin şərq və qərb istiqamətlərində xam neftin nəqli üçün istifadə olunan nasos stansiyaları dronlarla hədəfə alınıb. Onun sözlərinə görə, zərbələr dəqiq olub.

Husilər, həmçinin Yəmənin Ədən və Lahc əyalətlərində Ərəbistan koalisiyasının hərbi hədəflərinə ballistik raketlərlə zərbələr endirdiklərini açıqlayıblar.

Qeyd edək ki, Yəməndə husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ildən davam edir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026