• Bakı 16° C

    2.04 m/s

Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib

DÜNYA

26 Oktyabr 2026 | 10:53 | Müəllif: Əli Hüseynov

Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib

Ukrayna dronu Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

    Bildirilib ki, Voronej vilayətinin Somovo stansiyasında Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına PUA hücumu olub.

    İlkin məlumata görə, 5 nəfər yaralanıb.

    Hazırda dəmiryolunun Tresvyatskaya - Somovo - Otrojka - Voronej hissəsində nəqliyyatın hərəkətinin dayandırıldığı,
    Rusiyanın cənubuna edən qatarlarda və şəhərətrafı qatarlarda gecikmələrin gözlənildiyi bildirilib.

    Qeyd edək ki, Ukrayna Voronej vilayətinə kütləvi dron hücumu hayata keçirib. 113 PUA-nın vurulduğu, 2 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR