Kuba lideri Raul Kastroya qarşı irəli sürülən ittihamlar hüquqi baxımdan heç bir əsasa malik deyil.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib.
Zaxarova xatırladıb ki, bu məsələ hələ 30 il əvvəl BMT Təhlükəsizlik Şurasının 26 iyul 1996-cı il tarixli qətnaməsi ilə yekunlaşdırılıb və həmin sənəddə heç bir fərdi ittihamdan və ya məsuliyyətə cəlb etmə çağırışlarından söhbət getməyib. Onun sözlərinə görə, həmin dövrdə Rusiya və ABŞ nümayəndələrinin səyləri ilə əldə olunan razılaşmalar hadisənin de-fakto tükəndiyini göstərir.
XİN rəsmisi bu tarixi epizodu xatırladaraq, Raul Kastroya qarşı bu gün irəli sürülən iddiaların hüquqi baxımdan tamamilə əsassız olduğunu vurğulayıb.
Zeynəb Rzayeva
















