• Bakı 15° C

    3 m/s

"Roşka" apellyasiya şikayəti verdi

CƏMİYYƏT

26 Oktyabr 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

"Roşka" apellyasiya şikayəti verdi

Tiktokda "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadə apellyasiya şikayəti verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Mircəlal Muradlı məlumat verib. 

Vəkilin sözlərinə görə, müvəkkili birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil:

"Əsas istəyimiz məhkəmə baxışının qismən istintaqla keçirilməsi və cinayət işi üzrə bəraət hökmünün çıxarılmasıdır". 

Xatırladaq ki, tiktoker Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. 

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR