• Bakı 15° C

    3 m/s

Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı

DÜNYA

26 Oktyabr 2026 | 21:12 | Müəllif: Subhan Mahmudov

Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı deyib.

Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır. Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.

O vurğulayıb ki, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.

Qeyd edək ki,ötən gün sözügedən ölkələrin saziş imzalayacağı barədə məlumat vermişdik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR