Bu gün Bakının Nərimanov rayonunun bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, buna səbəb təmir-quraşdırma işləridir.
Bildirilib ki, fasilə Təbriz küçəsinin 19, 19A və 19B ünvanlarını, eləcə də M.Məmmədov küçəsini əhatə edəcək.
















