• Bakı 14° C

    1.99 m/s

Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq

DÜNYA

28 Oktyabr 2026 | 18:42 | Müəllif: Subhan Mahmudov

Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq

Böyük Britaniya Ukraynaya 10 milyard funt-sterlinq (13,2 milyard ABŞ dolları) maliyyə yardımı ayırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Krallığın Baş naziri Endi Börnhemlə söhbətinin yekunlarına dair sosial şəbəkələrdə bildirib.

"Bu gün Böyük Britaniya 10 milyard funt-sterlinq məbləğində əlavə maliyyə yardımının verilməsi haqqında mühüm qərar qəbul edib: növbəti üç il ərzində iqtisadi dəstək şəklində 7 milyard funt-sterlinq (9,3 milyard dollar) və Britaniyanın ixraca dəstək proqramı çərçivəsində, əsasən həyatların qorunmasını gücləndirməyə imkan verəcək çox zəruri silahların tədarükü üçün əlavə 3 milyard funt-sterlinq (3,9 milyard dollar)", - o yazıb.

Onun sözlərinə görə, bu, Londonun Kiyevə göstərdiyi illik yardıma əlavədir.

Zelenski söhbət zamanı Rusiyaya qarşı sanksiya siyasətinin müzakirə olunduğunu da bildirərək, Böyük Britaniyanın bu məsələdə prinsipial mövqeyə sadiq qalacağına əminliyini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR