• Bakı 14° C

    2.18 m/s

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar! - Paşinyan əsəbləşdi

DÜNYA

29 Oktyabr 2026 | 00:35 | Müəllif: Subhan Mahmudov

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar! - Paşinyan əsəbləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin yaxın vaxtlarda reallaşdırılmasına başlanacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan sakinləri layihəni dəstəkləyir və onun fəaliyyətə başlamasını gözləyirlər.

Baş nazir qeyd edib ki, Mehriyə səfərləri zamanı yerli sakinlər ondan TRIPP marşrutunun nə vaxt açılacağını soruşurlar. O isə yolun çox yaxın zamanda açılacağını vəd edir.

Paşinyan, eyni zamanda Azərbaycan və Türkiyəni tənqid edən savadsız politoloqlar və marjinal qruplarla mübahisələrə vaxt sərf etmək niyyətində olmadığını vurğulayıb.

“Qoy başlarını divara vursunlar, ta ki başa düşənə qədər. Amma yol çox yaxın zamanda açılacaq”, – deyə Paşinyan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026