• Bakı 14° C

    2.18 m/s

Anası tərəfindən təhdid olunan yeniyetmə qız sığınacağa yerləşdirildi - VİDEO

CƏMİYYƏT

29 Oktyabr 2026 | 00:27 | Müəllif: Subhan Mahmudov

Anası tərəfindən təhdid olunan yeniyetmə qız sığınacağa yerləşdirildi - VİDEO

Bakıda anası tərəfindən təhdid olunan 14 yalı yeniyetmə sığınacağa yerləşdirilib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat yayıb.

"Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan azyaşlı qızın həyatı anasının yenidən ailə qurmasından sonra dəyişib. Ailədə yeni uşağın dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb. İddialara görə, anası ona qarşı çox pis münasibət göstərib və qız demək olar ki, hər gün zorakılığa məruz qalıb.

Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb.

Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibələri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər.

Uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb", - deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır:

"Bibilərinin sözlərinə görə, anasının vəziyyəti də narahatlıq doğurur və onun ciddi psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026