• Bakı 14° C

    1.94 m/s

Türkiyədə iki avtomobil toqquşub: ölən var

DÜNYA

28 Oktyabr 2026 | 20:28 | Müəllif: Subhan Mahmudov

Türkiyədə iki avtomobil toqquşub: ölən var

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub.

Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb.

Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. Yaralılar tibb qrupları tərəfindən edilən ilkin müdaxilədən sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb.

Qəzada həyatını itirən digər 3 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlər davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR