• Bakı 12° C

    1.97 m/s

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? - VİDEO

CƏMİYYƏT

28 Oktyabr 2026 | 23:06 | Müəllif: Subhan Mahmudov

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? - VİDEO

Xəbər verdiyimiz kimi, "REAL TV"nin əməkdaşları bu gün 225 nömrəli tam orta məktəbdə məktəblinin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıblar.

Bakıvaxtı.az xəbər verir ki, müxbir Nigar Namiqin sözlərinə görə, şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provakasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır. Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib 102-ə məlumat vermək gəldi. Bu zaman da nə kənardan məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı", - deyə jurnalist bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026