• Bakı 14° C

    1.94 m/s

FİFA mundial biletlərindən milyardlar qazandı

İDMAN

28 Oktyabr 2026 | 22:06 | Müəllif: Subhan Mahmudov

FİFA mundial biletlərindən milyardlar qazandı

FİFA 2026-cı il dünya çempionatının bilet satışından təxminən 4,49 milyard avro gəlir əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, bu məbləğ Qətərdə keçirilən DÇ-2022-nin bilet satışından əldə olunan gəliri 5 dəfədən çox üstələyir. Həmçinin gəlir FİFA-nın 2,96 milyard avroluq proqnozunu da geridə qoyub.

Gəlirlərin artmasına mundialda oyunların sayının 64-dən 104-ə çatdırılması və dinamik qiymət siyasəti təsir göstərib. FİFA-nın rəsmi platformasında biletlərin təkrar satışına görə 30 faiz komissiya tutulub. Bəzi biletlər ilkin qiymətindən dəfələrlə baha satışa çıxarılıb.

Qeyd edək ki, daha öncə FİFA-nın bilet qiymətləri və satış siyasəti azarkeşlər tərəfindən kəskin tənqid olunub.

Taqlar:FİFA 2026

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR