Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda baş verən son hadisələri müzakirə edib, mövcud gərginliyin həlli istiqamətində səyləri dəyərləndiriblər.
















