• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“Traktor” FK-dan İrandakı türklərlə bağlı paylaşım: “Niyə İran olanda susursunuz?”

SİYASƏT

14 Oktyabr 2026 | 16:54 | Müəllif: Əli Hüseynov

“Traktor” FK-dan İrandakı türklərlə bağlı paylaşım: “Niyə İran olanda susursunuz?”

İranın Təbriz şəhərini təmsil edən “Traktor” futbol klubu İranda yaşayan türklərin dil hüquqları və assimilyasiya siyasəti ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, klubun paylaşımında İranda yaşayan türklərin ana dilində təhsil almaq imkanlarının məhdudlaşdırıldığı iddia olunub. Bildirilib ki, müsəlmanların hüquqlarını müdafiə etdiklərini deyən şəxslər İranda türklərin üzləşdiyi problemlərə də eyni həssaslıqla yanaşmalıdırlar.

Paylaşımda İranda 40 milyona yaxın türk yaşadığı qeyd olunaraq, məktəblərdə türk dilində təhsilin qadağan edildiyi, eləcə də türk dilində adların və kommersiya obyektlərinin adlarının istifadəsi ilə bağlı məhdudiyyətlərin olduğu iddia edilib.

Klub Azərbaycanda məktəblərdə başörtüyü ilə bağlı müzakirələrə də toxunaraq, bu məsələyə etiraz edənlərin İranda yaşayan türklərin hüquqları ilə bağlı səssiz qalmasını tənqid edib.

“Traktor” FK paylaşımında müsəlmanların hüquqlarının müdafiəsinin yalnız müəyyən məsələlərlə məhdudlaşmamalı olduğunu vurğulayaraq, İranda yaşayan türklərin də müsəlman olduğunu xatırladıb.

Paylaşımın sonunda klub bu sualı ünvanlayıb: “Niyə söhbət İrandan gedəndə susursunuz?!”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR