Hindistanda iki başlı uşaq dünyaya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, NDTV məlumat yayıb.
Belə ki, Odişa ştatında yaşayan qadın hamiləliyinin 32-ci həftəsində xəstəxanaya yerləşdirilib. O, həyat yoldaşı ilə birlikdə ilk övladını gözləyirmiş.
Doğuş zamanı oğlan uşağı dünyaya gəlib. Körpənin iki başı, bir cüt qolu, bir cüt ayağı və bir xarici kişi cinsiyyət orqanı var. Həkimlər onun digər daxili orqanlarında mümkün anomaliyalarla bağlı ətraflı məlumat açıqlamayıblar.
Hazırda körpə zəruri tibbi yardım alır. Həkimlər onun vəziyyətini qiymətləndirmək və növbəti müalicə addımlarını müəyyənləşdirmək üçün müayinələr aparırlar.
Nəşrdə qeyd olunur ki, belə hallarda uşağın sağlamlıq vəziyyəti anadangəlmə anatomik anomaliyaların xarakterindən, hansı orqanların təsirlənməsindən və doğuşdan sonra yarana biləcək ağırlaşmalardan asılıdır.
Murad İsmayıl
















