• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub - FOTO

SİYASƏT

14 Oktyabr 2026 | 17:29 | Müəllif: Əli Hüseynov

“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı “AzərEnerji” ASC-də tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında keçirilən tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri, “AzərEnerji” ASC İdarə Heyəti sədrinin müavini, Səhmdar Cəmiyyət üzrə partiya təşkilatının sədri və müəssisədə çalışan YAP üzvləri iştirak ediblər.

Tədbirdə qurultayda müəyyənləşdirilən vəzifələr, ideoloji maarifləndirmə istiqamətləri, eləcə də “AzərEnerji” ASC tərəfindən həyata keçirilən strateji enerji layihələri müzakirə olunub.

Çıxışlarda enerji sektorunda görülən və planlaşdırılan işlər, qarşıya qoyulan hədəflər, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması və digər aktual məsələlər barədə məlumat verilib.


“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR