• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Polşada məktəblərlə bağlı 192 nəfər həbs edilib

DÜNYA

16 Oktyabr 2026 | 13:56 | Müəllif: Əli Hüseynov

Polşada məktəblərlə bağlı 192 nəfər həbs edilib

Polşada ötən həftə məktəblərdəki zorakılıq aktları ilə əlaqədar keçirilən polis əməliyyatları zamanı ümumilikdə 192 nəfər həbs edilib.

Bakıvaxtı.az Polşa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub.

"Ötən cümə axşamı 19 yaşlı kişinin bıçaqlı hücumundan sonra başlayan əməliyyatdan sonra polis bütün ölkə boyu müəssisələrdə 187 mindən çox yoxlama həyata keçirib və 192 nəfəri həbs edib", - məlumatda bildirilib.

Təhlükəsizliyin təmin edilməsi üçün Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun 350 əməkdaşı cəlb olunub. Bu tədbirlər Ostrolenka, Vışkov yaxınlığındakı Leşçidol-Novinı və Varşavada yeniyetmələr tərəfindən törədilmiş bıçaqlı hücumlarla, habelə Serptsdəki ehtimal olunan hücum və uşaqlar tərəfindən törədilmiş və ya planlaşdırılmış, soyuq silahın tətbiq edildiyi digər insidentlərlə bağlıdır.

Bu arada, Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski bu hadisələrə həsr olunmuş mətbuat konfransında 106 hal üzrə cinayət işinin başlanıldığını, 155 təhlükəli əşyanın müsadirə edildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026