• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Balde “Barselona”dan gedə bilər

İDMAN

17 Oktyabr 2026 | 00:40 | Müəllif: Subhan Mahmudov

Balde “Barselona”dan gedə bilər

"Barselona"nın müdafiəçisi Aleksandro Balde qış transfer pəncərəsində Kataloniya klubunu tərk etməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, gənc müdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında az oyun şansı əldə etməsindən narazıdır.

İspaniyalı futbolçu bu mövsüm komandanın heyətində cəmi 12 dəqiqə meydanda olub. Flik sol müdafiəçi mövqeyində Joau Kanselo və Xavi Espartaya üstünlük verir. Yaranmış vəziyyətlə əlaqədar Balde artıq meneceri Xorxe Mendeş ilə ayrılıq imkanlarını müzakirə edib.

Qeyd edək ki, onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub və transfer dəyəri 40 milyon avro qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026