• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinq - FOTO

CƏMİYYƏT

17 Oktyabr 2026 | 10:37 | Müəllif: Günəş Mərd

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinq - FOTO

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, növbəti monitorinq zamanı şəhərin Cavadxan qəsəbəsində, Ə. N. Gəncəvi küçəsində qanunsuz tikililər, N. Əhmədov küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb. Aşkar edilmiş qanunsuz tikintilərlə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Şəhər ərazisində qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.


Gəncədə qanunsuz tikintilərə qarşı monitorinq - FOTOGəncədə qanunsuz tikintilərə qarşı monitorinq - FOTOGəncədə qanunsuz tikintilərə qarşı monitorinq - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026