• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İki boksçumuz dünya çempionatına qələbə ilə start verdi

İDMAN

16 Oktyabr 2026 | 21:56 | Müəllif: Subhan Mahmudov

İki boksçumuz dünya çempionatına qələbə ilə start verdi

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb.

Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arjanpal Hundalla (Kanada) üz-üzə gələcək.

Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026