ABŞ Prezidenti Donald Tramp Rusiyadan idxal olunan mallara gömrük rüsumlarının 500 faiz artırılmasını, eləcə də Rusiyanın enerji daşıyıcılarının əsas alıcılarına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə əlavə rüsumların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 16-da imzalanan sənədə əsasən, Rusiya nefti və təbii qazının ən böyük beş idxalçısı 2026-cı il oktyabrın 18-dən etibarən Rusiyadan yeni xammal alışlarını bilərəkdən davam etdirərsə, həmin ölkələrə tətbiq olunan rüsumlar 100 faiz artırılacaq.
Bundan başqa, ABŞ administrasiyasının qiymətləndirməsinə görə, Rusiyanın neft sektoruna qarşı sanksiyalardan yayınmasına ən çox kömək edən beş ölkədən idxal olunan mallara rüsumların əlavə 100 faiz artırılması nəzərdə tutulur. Həmin ölkələrin siyahısı ABŞ-ın ticarət nümayəndəsi tərəfindən digər dövlət qurumları ilə birgə müəyyənləşdiriləcək.
Eyni zamanda, Tramp 2026-cı il sentyabrın 18-də imzalanmış Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan yeni qanunun bəzi müddəalarının tətbiqini dayandırmaq səlahiyyətindən istifadə edib.
Fərmana əsasən, qanunda nəzərdə tutulan rüsumlarla bağlı müəyyən istisnalar tətbiq edilir, həmçinin bir sıra sanksiya tədbirləri və məhdudiyyətlərin qüvvəsi müvəqqəti dayandırılır.
















