• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İstanbulda yağışa görə imtahanlar dayandırıldı

DÜNYA

16 Oktyabr 2026 | 23:51 | Müəllif: Subhan Mahmudov

İstanbulda yağışa görə imtahanlar dayandırıldı

İstanbulda yağışlar səbəbindən həftəsonu üçün tədris fəaliyyətləri və imtahanlar dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda İstanbul Valiliyi açıqlama yayıb.

İstanbul Valiliyi gözlənilən yağışlarla əlaqədar bəzi tədris fəaliyyətlərinin və imtahanların iki gün müddətinə dayandırıldığını açıqlayıb:

“Bu həftəsonu İstanbulda gözlənilən güclü yağışlar və 16 oktyabr 2026-cı il tarixində keçirilən Vilayət İctimai Sağlamlıq Şurasının iclasında qəbul edilən qərara əsasən, Elm və İncəsənət Mərkəzlərindəki bütün əyani dərslər, E-İmtahan Mərkəzlərində keçirilən imtahanlar, 'Dəstək və Təlim Kursları' (DYK), eləcə də Xalq Təhsili Mərkəzlərindəki əyani tədris fəaliyyətləri 17 oktyabr 2026-cı il şənbə və 18 oktyabr 2026-cı il bazar günləri üçün dayandırılmışdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026