• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə olublar

SİYASƏT

17 Oktyabr 2026 | 15:18 | Müəllif: Günəş Mərd

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə olublar

Azərbaycanda keçirilən "Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada koordinasiya və döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində praktiki təcrübələrini ortaya qoyublar.

Vurğulanıb ki, hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək müəyyənləşdirilmiş tapşırıqları dəqiq şəkildə həyata keçiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026